Mühəndislik Fakültəsi

Mühəndislik fakültəsində tədrisin bütün səviyyələrində sənayenin müxtəlif sahələrində çalışacaq mühəndis kadrları hazırlanır. Tədris Azərbaycan və ingilis dillərində aparılır. Fakültə əməkdaşlarının sayı 80 nəfərdən çoxdur ki, onların da 70-dən çoxu professor-müəllim heyətinə aiddir.

Mühəndislik fakültəsində 18 bakalavr, 13 magistr ixtisası və 20 ixtisaslaşma üzrə ümumilikdə 1700-dən çox tələbə təhsil alır. Onların içərisində əcnəbi tələbələr də var.


Fakültənin pedaqoji heyətində öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik, ölkəmizdə və xaricdə müxtəlif səviyyələr üzrə təhsil almış və beynəlxalq təcrübə keçmiş işgüzar kadrlar da var.

 

Fakültə əməkdaşlarının bir qismi təhsil və elmi-tədqiqatla bağlı respublika və beynəlxalq səviyyəli layihələrdə, müxtəlif mübadilə proqramlarında iştirak edib. Bu istiqamətdə işlər dinamik artımla davam etdirilir.

 

Mühəndislik fakültəsi geniş maddi-texniki bazaya, müasir tələblərə cavab verən elmi-tədqiqat və tədris laboratoriyalarına malikdir. Yüksəkixtisaslı və işgüzar kadr təminatı sayəsində bu imkanlardan istifadə etməklə bacarıqlı mühəndis hazırlığı həyata keçirilir. Fakültə tələbələrinin əksəriyyəti müasir kompüter proqramlarına, proqramlaşdırma üsullarına, informasiya texnologiyalarına, xarici dil bacarıqlarına yiyələnirlər. Buna görə də fakültə məzunlarının iş tapmaq problemi yoxdur. Son kurslarda artıq tələbələrimizin bir qismi dünyanın nüfuzlu universitetlərində təhsilini davam etdirmək üçün, digər qismi isə ölkədəki müxtəlif sənaye sahələrində işləmək üçün təkliflər alırlar.

 

Fakültənin kafedralarında müasir avadanlıq, cihaz və texnologiyalarla təchiz olunmuş auditoriya və laboratoriyalar vardır. Onlardan Yeni nəsil şəbəkələri, Elektronika və mikroprosessor, Avtomatik nəzarət, Mexanizmlər və maşın dinamikası, Daxiliyanma mühərrikləri və avtomobil, Mexaniki vibrasiya və səs nəzarəti, Təxribatsız sınaq üsulları, Layihələndirmə və adekvat modelləşdirmə, Emal üsulları, Material və metalloqrafiya, Materiallar müqaviməti, Aerodinamika və maye mexanikası, İstilik elmləri və istilik keçiriciliyi, Bərpa olunabilən enerjilər və s. laboratoriyaları xüsusilə qeyd etmək olar.

 

Kafedraların maddi-texniki bazası ildən-ilə genişləndirilir. Beynəlxalq layihə çərçivəsində 2021-ci ildə Logistika və nəqliyyat texnologiyalar mühəndisliyi kafedrasında yeni ixtisaslaşdırılmış laboratoriya quraşdırılmışdır.

 

Fakültədə müasir kompüterlərlə təchiz edilmiş kompüter sinifləri tələbələrin istifadəsinə verilib. Auditoriyaların əksəriyyəti elektron lövhə və proyektorla təchiz edilib. Buna görə də bütün fənlər üzrə dərslər müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv üsullarla keçirilir.

 

Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) və şərabçılıq ixtisaları üzrə qiyabi təhsil formasında tədris həyata keçirilir. Elektrik və elektronika ixtisası üzrə isə kadr hazırlığı Cənubi Koreya Respublikasının İNHA Universiteti ilə BMU arasında gerçəkləşdirilən ikili diplom proqramı çərçivəsində aparılır.

 

KAFEDRALAR

Fakültənin tərkibində 7 kafedra fəaliyyət göstərir:

1. Mexanika mühəndisliyi

2. Avtomatika, telekommunikasiya və energetika

3. Fizika

4. Logistika və nəqliyyat

5. Qida və biotexnologiya

6. Sənaye mühəndisliyi

7. Kimya mühəndisliyi

 

İXTİSASLAR

Bakalavriat səviyyəsi üzrə:

1. Mexanika mühəndisliyi

2. Maşın mühəndisliyi

3. Mexatronika və robototexnika mühəndisliyi

4. Elektrik və elektronika mühəndisliyi

5. Energetika mühəndisliyi

6. Radiotexnika və telekommunikasiya mühəndisliyi

7. Proseslərin avtomatlaşdırılması mühəndisliyi

8. Nəqliyyat mühəndisliyi

9. Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)

10. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

11. Biotexnologiya

12. Qida mühəndisliyi

13. Şərabçılıq

14. Sənaye mühəndisliyi

15. Ekologiya mühəndisliyi

16. Kimya mühəndisliyi

17. Kimya

18. Fizika

 

Magistratura səviyyəsi üzrə:

1. Ekologiya mühəndisliyi

- Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması

2. Energetika mühəndisliyi

- Elektroenergetika

3. İnşaat mühəndisliyi

- Qurğular nəzəriyyəsi

4. Kimya Mühəndisliyi

- Əsas üzvi sintezin kimyası və texnologiyası

- Kimya mühəndisliyində yaşıl texnologiyalar

5. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

- Nəqliyyatda daşımalar və menecment

6. Maşın mühəndisliyi

- Maşınların təmir texnologiyası və servisi

- Tökmə və qaynaq istehsalının maşın və avadanlıqları

- Soyuducu, kompressor maşın və qurğuları

7. Materiallar mühəndisliyi

- Materiaşünaslıq və materallar texnologiyası

8. Mexanika mühəndisliyi

- Hidromexanika və hidravlik maşınlar

- Maye və qazların nəqli avadanlıqları

- Tribologiya və tribotexnika

9. Nəqliyyat tikintisi mühəndisliyi

- Avtomobil yolları və aerodromlar

10. Proseslərin avtomatlaşdırılması mühəndisliyi

- Texnoloji proseslərin avtomatlaşdırılması və idarəedilməsi

- Texniki sistemlərdə idarəetmə

11. Radiotexnika və telekommunikasiya mühəndisliyi

- Mobil rabitə sistemləri

- Şəbəkələr, rabitə sistemləri və informasiyanın paylanması

12. Sənaye mühəndisliyi

- Texnologiyalar və əməliyyatların idarəedilməsi

13. Nəqliyyatda servis

- Sərnişin daşıma xidmətlərinin təşkili və təhlükəsizliyi

 

Biznesin təşkili və idarə edilməsi (MBA)

- Logistika və təchizat zəncirinin idarə edilməsi

- Layihələrin idarə edilməsi

Mühəndislik Fakültəsi Şəkil 1Mühəndislik Fakültəsi Şəkil 1Mühəndislik Fakültəsi Şəkil 1Mühəndislik Fakültəsi Şəkil 1Mühəndislik Fakültəsi Şəkil 1

Rəhbərlik

Asif Quliyev

Asif Quliyev

Dekan

Bax
Osman Mirzəyev

Osman Mirzəyev

Dekan müavini

Bax
Vurğun Qəhrəmanov

Vurğun Qəhrəmanov

Dekan müavini

Bax

Kafedralar

Mühəndislik Fakültəsi | BEU