BMU aliminin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub

6 iyul 2026
BMU aliminin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının professoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynovun həmmüəllifi olduğu elmi məqalə Springer nəşriyyatının elmi jurnalında işıq üzü görüb.

 

“Aşağı enerjili neytrinoların enerjisinin gücləndirilməsi” (Amplification of Energy of Low-Energy Neutrinos) adlı məqalə Scopus bazasında Q1, Web of Science bazasında isə Q2 kvartilinə daxil olan "The European Physical Journal C" jurnalında dərc edilib.

Məqalədə kosmologiya, kvant sahə nəzəriyyəsi, neytrino fizikası və monokristallar fizikası sahələrinə aid aktual elmi məsələlər, aşağı enerjili neytrinoların yüksək enerjili elektronlarla qarşılıqlı təsiri araşdırılıb. Elektronlar güclü daxili elektrostatik sahəyə malik volfram monokristalından keçərkən neytrinoların enerjisinin artması prosesi nəzəri cəhətdən öyrənilib. Tədqiqat çərçivəsində alimlər relikt neytrinoların aşkarlanmasına imkan verə biləcək yeni nəzəri yanaşma təqdim ediblər.

 

Məqalə ilə daha ətraflı aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

 

https://www.scopus.com/pages/publications/105038077751?origin=resultslist

BMU aliminin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub | BEU