BMU-İNHA İDP tələbələrinin iştirakı ilə Cənubi Koreyada şahmat turniri keçirilib

15 may 2026
BMU-İNHA İDP tələbələrinin iştirakı ilə Cənubi Koreyada şahmat turniri keçirilib

Cənubi Koreyanın İNHA Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş şahmat turniri keçirilib.

 

Turnir Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təhsil alan sonuncu kurs tələbələrinin birgə təşkilatçılığı ilə baş tutub. 

 

30-dan çox gənc şahmat həvəskarının qatıldığı yarışda azərbaycanlı tələbələrlə yanaşı, müxtəlif ölkələrdən olan xarici tələbələr də iştirak ediblər.

 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

 

Açılış nitqi ilə çıxış edən səfirliyin nümayəndəsi Vüqar Qafarov görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsindən, Azərbaycan dövlətçiliyinin inkişafı istiqamətində gördüyü mühüm işlərdən danışıb. O, Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğının bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

 

Sonra iştirakçılar yarışın qaydaları barədə məlumatlandırılıb və turnirə start verilib.

 

Oğlanlar arasında I yeri Nəriman Ağayev (İnformasiya texnologiyaları), III yeri isə Nəsib Əhmədov (Elektrik mühəndisliyi) tutub. Qızlar arasında I yerə Gül Avdiyeva (Elektrik mühəndisliyi), II yerə Zəridə Daşdəmirli (Elektronika mühəndisliyi), III yerə isə Fatimə Səlimzadə (İnformasiya texnologiyaları) layiq görülüb.

 

Qaliblər sertifikat və hədiyyələrlə təltif olunublar.

 

Tədbir çərçivəsində İDP-nin “Elektronika mühəndisliyi” ixtisasının tələbəsi Murtuzəli Allahverdiyev və “İnformasiya texnologiyaları” ixtisasının tələbəsi Fatimə Səlimzadə Azərbaycan milli mahnıları ifa ediblər. “Elektronika mühəndisliyi” ixtisasının tələbəsi Günay Nuruyeva isə milli rəqs nömrəsi ilə çıxış edib. Həmçinin tədbirdə Azərbaycan milli mətbəxinə aid müxtəlif təamlar nümayiş olunub.

BMU-İNHA İDP tələbələrinin iştirakı ilə Cənubi Koreyada şahmat turniri keçirilib | BEU