“4Sİ Akademiyası" çərçivəsində beynəlxalq kurslara qeydiyyat başladı

October 13, 2026

“4Sİ Akademiyası" çərçivəsində beynəlxalq kurslara qeydiyyat başladı

İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) qlobal onlayn təhsil platforması olan “Coursera” şirkəti ilə rəqəmsal iqtisadiyyatın inkişafı və əmək bazarında rəqabətli insan kapitalının formalaşdırılmasına yönəlmiş “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın yeni mərhələsinə qeydiyyat başladı.

 

Yeni mərhələ iştirakçılara dünyanın aparıcı universitetləri və şirkətləri tərəfindən təqdim olunan beynəlxalq kurslara ödənişsiz çıxış imkanı yaradır. Proqram çərçivəsində öyrənənlər həm peşəkar, həm də şəxsi inkişaflarını dəstəkləyən geniş məzmun ekosistemindən faydalana biləcəklər.

 

- 21 000-dən çox beynəlxalq təlim;

- 3 250-dən çox təlim Azərbaycan dilində altyazı ilə (o cümlədən 750 yeni təlim);

- 15 kurs süni intellekt vasitəsilə Azərbaycan dilində dublyajda;

- Əmək bazarında tələb olunan seçilmiş bacarıqlar üzrə xüsusi hazırlanmış 43 Rəqəmsal Nişan və spesifik kurs kolleksiyaları;

- “Coursera Coach” vasitəsilə öyrənmə prosesində süni intellekt əsaslı fərdiləşdirilmiş dəstək;

- 12 seçilmiş bacarıq üzrə spesifik kurslar

 

Qeydiyyat üçün: https://form.4sim.gov.az   

 

*4-cü kohort 26 Oktyabr tarixində başlayacaqdır.

 

Qeyd: Əməkdaşların və tələbələrin  qeydiyyat zamanı formun “Fərdi iştirakçı” yazılmış hissəsindən qeydiyyatdan keçməsi vacibdir.

 

Proqramla bağlı hər hansı sualınız yarandıqda və ya texniki problemlə qarşılaşdıqda, 4siakademiyasi@4sim.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

“4Sİ Akademiyası" çərçivəsində beynəlxalq kurslara qeydiyyat başladı | BEU